Stanislava Rousova: Edillidə cəsədləri tapılanlar öz vətənlərini müdafiə ediblər
MÜSAHİBƏLƏR

Stanislava Rousova: Edillidə cəsədləri tapılanlar öz vətənlərini müdafiə ediblər

Biz Edillidə bir müddət əvvəl baş verənlərin şahidi oluruq. Bu, çox dəhşətlidir.

Bunu Çexiya "Avropaya açılan qapılar" İctimai Birliyinin rəhbəri Stanislava Rousova oktyabrın 15-də Edillidə aşkar olunmuş kütləvi məzarlığa ziyarət zamanı AZƏRTAC-a açıqlamasında bildirib.

Edillidə baş vermiş hadisələr barədə danışan S.Rousova deyib: "Bu, çox kədərləndiricidir. İnsanların burada necə əziyyət çəkdiklərini təsəvvür edə bilmirəm. Burada cəsədləri aşkar olunanlar öz vətənlərini müdafiə ediblər. Mən vəfat edənlərin xatirəsini anmaq üçün özümlə buraya şam gətirmişəm".

AZƏRTAC