Soyqırımı hadisələri ermənilərin tarixən xalqımıza qarşı apardığı məqsədyönlü siyasətdir
Digər xəbərlər

Soyqırımı hadisələri ermənilərin tarixən xalqımıza qarşı apardığı məqsədyönlü siyasətdir

Mingəçevir Şəhər Heydər Əliyev Mərkəzində şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə "Soyqırımı hadisələri ermənilərin tarixən xalqımıza qarşı apardığı məqsədyönlü siyasətdir" mövzusunda tədbir keçirilmişdir.

İlk öncə, şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri Mingəçevir Şəhidlər xiyabanında ucaldılmış Soyqırımı abidəsi önünə əkilllər, tər gül dəstələri qoymuşlar. Sonra soyqırımı hadisələrinin qurbanlarının torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən şəhər rəhbəri bildirib ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə soyqırımı siyasəti nəticəsində xalqımız ağır məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ aparılan belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq, kütləvi qətl qırğınlara məruz qalmış, xalqımıza qarşı minlərlə tarixi, mədəni abidə yaşayış məskəni dağıdılıb viran edilmişdir.

XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Bakı quberniyasının Bakı, Şamaxı, Quba, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror digər zorakılıq aktları həyata keçirmişlər. Erməni faşistləri bu ərazilərdə on minlərlə dinc azərbaycanlı qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış yandırmışlar.

Erməni vəhşiləri 1918-ci ilin mart ayının son üç günündə təkcə Bakıda minlərlə insanı xüsusi amansızlıqla qətlə yetirmişlər. Milli memarlıq abidələrini, məktəbləri, xəstəxanaları, məscid digər abidələri dağıdaraq şəhərin böyük bir hissəsini xarabazara çevirmişlər. 1918-ci ilin yazında Bakı şəhərində Azərbaycan qəzalarında daşnak-bolşevik birləşmələrinin türk müsəlman əhalisinə qarşı törətdikləri vəhşiliklər istər hüquqi baxımdan, istərsə siyasi cəhətdən soyqırımı kimi qiymətləndirilməlidir. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini aşkar bəyan etmək məqsədilə ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanla 31 Mart  - Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bu tarixi fərmandan sonra əsrlər boyu başımıza açılmış, lakin məqsədli şəkildə ört-basdır edilmiş qanlı soyqırımı deportasiya hadisələrinin əsl mahiyyəti tarixçilər, arxivşünaslar tərəfindən tədqiq edilməyə başlanmış, qaranlıq məqamlara aydınlıq gətirilmişdir.

Tədbirdə "1918-ci ilin soyqırımı hadisələri ermənilərin xalqımıza qarşı törətdiyi qanlı cinayətdir" mövzusunda şəhər veteranları təşkilatı idarə heyətinin üzvü Mirzə Cavadov, "1948-1953- illərdə azərbaycanlıların deportasiyası ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırımı siyasətinin tərkib hissəsidir" mövzusunda MDU-nun dosenti Mayıl İsmayılov, "1988-1993- illərdə azərbaycanlıların soyqırıma məruz qalması mənfur erməni siyasətinin növbəti mərhələsidir" mövzusunda MDU-nun dosenti Flora Namazova, "44 günlük Vətən müharibəsindəki zəfərimiz ermənilərin tarixən törətdikləri soyqırımı aktlarına tutarlı cavabdır" mövzusunda AMEA-nın dissertantı Gülər Əjdərzadə geniş məruzələrlə çıxış etmişlər.

Tədbirin işinə yekun vuran şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov qeyd edib ki, tarixi yaddaşımızın qorunması gələcək nəsillərin əsl həqiqətlərlə məlumatlandırılması hər kəsin vətəndaşlıq borcudur. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirilir.

1998-ci ildən bəri respublikamızda 31 mart hər il Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir. Bu hadisələri, onların dərslərini unutmağa haqqımız yoxdur...

Zabit XƏLİLOV,

"Respublika".