Soykökə bağlılığın parlaq nümunəsi
Siyasət

Soykökə bağlılığın parlaq nümunəsi

"Mən həmişə fəxr etmişəm, bu gün fəxr edirəm ki, mən azərbaycanlıyam!".

Heydər ƏLİYEV,

Ümummilli lider.

Ümummilli liderimiz Heydər Əliyevin bu gün dillərdə əzbər olan bu müdrik kəlamı, eyni zamanda "Mən türklüyümlə fəxr edirəm" deməkdir. Bu sözlər ulu öndərin ən qırılmaz tellərlə soykökə bağlılığının ifadəsidir. Çünki müstəqil Azərbaycanın rəhbəri kimi Heydər Əliyev bütün fəaliyyətini təkcə ölkəsinin deyil, bütövlükdə türk dünyasının möhkəmlənməsinə, çiçəklənməsinə həsr etmişdi.

Heydər Əliyev o böyük şəxsiyyətlərdəndir ki, türk xalqlarının ortaq mədəni tarixi dəyərlərini onları birləşdirən əsas meyar kimi qiymətləndirir bu dəyərlərin inkişafına böyük önəm verirdi. Türk toplumunun birliyini, bütövlüyünü özünəməxsusluğunu qoruyub saxlamaq inkişaf etdirmək onun həyat idealı idi. Bu missiya böyük tarixi məsuliyyət milli təəssübkeşlik kimi dəyərlərin daşıyıcısı olan Heydər Əliyevin türk dünyasına olan dərin məhəbbəti ilə bağlı idi. Onun türk dünyasına, türklüyə xidməti Azərbaycan Respublikasına rəhbərlik etdiyi həm Sovet İttifaqı dönəmində xüsusən müstəqillik illərində Türk mədəni irsinin təbliği inkişafı istiqamətində gördüyü işlərdə öz əksini tapmışdı.

Heydər Əliyev Sovet dövründə belə, Azərbaycan ədəbi-mədəni irsinin bütün İttifaq səviyyəsində tanıdılmasını əsas fəaliyyət istiqamətlərindən biri kimi görürdü. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi orta əsr, eləcə Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun kimi XIX-XX əsr mütəfəkkirlərimizin ədəbi irsi ilə əlaqədar təşkil olunan təntənəli yubiley tədbirləri Azərbaycan xalqının ümumilikdə, türk xalqlarının ədəbi-mədəni irsinə həssas yanaşmasının nəticəsi idi.

Heydər Əliyevin eyni genetik kökə mənsub türk xalqlarını vəhdətdə görərək onların daha da yaxınlaşması istiqamətində siyasət yürütməsi əslində mədəniyyətimizin yüksəldilməsinə mənəvi dəyərlərimizin dirçəldilməsinə yönəlmişdi. Bu, İttifaq daxilində yaşayan türklərin milli özünüdərkinin güclənməsinə təkan verən strategiyaeləcə ümumtürk birliyinə doğru aparan yolun başlanğıcının qoyulması idi.

Sovet dönəmində eyni dövlətin tərkibində olmalarına baxmayaraq, türk xalqları yad ideoloji ünsürlər vasitəsilə yaradılan süni ayrımçılıq siyasəti ilə üz-üzə qalmışdı. Bir çox hallarda dolayı yollarla türk dövlətlərində milli dilin inkişafına süni əngəllər törədilir assimilyasiya siyasəti yeridilirdi. Bu hal türk toplumları arasında birlik bərabərliyin, ortaq tarixin, mədəni keçmişin unutdurulmasına hesablanmışdı.

Uzun illər dövlət müstəqilliyindən məhrum olmuş türk xalqları XX əsrin sonlarında müstəqilliyə qovuşmaqla bir daha ortaq türk mədəni irsinin daşıyıcıları kimi yenidən bir araya gəlmək imkanı əldə etdilər. Bununla da türklük ideyası baxımından  tarixi dönüş nöqtəsinə qədəm qoydular. Bu isə onlara ortaq mədəni irsi yenidən araşdırmaq, onları bir araya gətirən mədəni-mənəvi dəyərlərin birgə dayanıqlı inkişafına müştərək səylərlə nail olmaq imkanı verdi. Bu tarixi imkanı qarşıda duran müqəddəs missiyanı dərindən dərk edən Heydər Əliyev milli-mədəni mənəvi birlik istiqamətində ardıcıl fəaliyyət göstərirdi. Məhz bu məqsədyönlü fəaliyyət ortaq türk mədəni irsinin təbliğinin inkişaf etdirilməsinin ideoloji əməli əsaslarını yaratmışdır.

Təsadüfi deyildir ki, müstəqillik illərində türk xalqlarının ortaq tarixi şəxsiyyətləri, şair mütəfəkkirləri, eləcə "Kitabi-Dədə Qorqud", "Manas" kimi eposlarının yubiley tədbirlərinin həm UNESCO səviyyəsində dünyada, həm milli səviyyədə Türk dövlətlərində təntənə ilə qeyd olunması ənənəsi yarandı. Türk dünyası Yazıçılarının mütəmadi qurultay toplantılarının, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY  çərçivəsində əməkdaşlığın dəstəklənməsi himayə edilməsi ortaq mədəni, tarixi irsin təbliğində olduqca əhəmiyyətli rol oynayan hadisələrə çevrildi.

Heydər Əliyevin Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan Türkiyədə keçirilən tədbirlərdə, Zirvə görüşlərində çıxışları zamanı verdiyi mesajlar türk xalqlarının birlik bərabərliyinin, türkdilli dövlətlər arasında xalqlarımızın milli-mənəvi mədəni yaxınlaşma prosesinin daha da dərinləşməsinə xidmət edirdi. O, istər ortaq mədəni irsimizin təbliği sahəsində, istərsə iqtisadi-siyasi sahədə belə görüşlərin mütəmadi hal almasının zəruriliyini daima diqqətdə saxlayırdı. Ulu öndər Heydər Əliyev bu istiqamətdə fəaliyyətlərin türk xalqları arasında bütün sferalarda hərtərəfli, qarşılıqlı əməkdaşlığın, həmrəylik qardaşlığın inkişafına xidmət etdiyini dəfələrlə qeyd etmişdi.

Türk xalqlarının hər birinə xüsusi rəğbət bəsləyən ümummilli lider onların həm tarixinə, həm ədəbi irsinə dərindən bələd idi. 1995-ci ildə Qırğızıstanda, "Manas" eposunun 1000 illik yubileyində etdiyi çıxışında Heydər Əliyev dastanın qəhrəmanlıq ideallarından qidalanan qırğız xalqının bu ənənəyə sadiq olduğunu bildirmişdi. O, çıxışında qırğız xalqının dövlət müstəqilliyinin bərpasını bu vətənpərvərlik ideallarına sadiqliklə əlaqələndirmiş, yeni nəslin öz xalqını bu milli məfkurə üzərində yüksəltməli olduğunu vurğulamışdı.

Heydər Əliyev qazax xalqının böyük oğlu, şair, bəstəkar, ictimai xadim, maarifçi Abay Kunanbayev yaradıcılığına dərin rəğbət bəsləyirdi. Ulu öndərin Abayın 150 illik yubileyində çıxış edərkən vətənpərvər şairin arzularının yerinə yetdiyini qazax xalqının müasir inkişaf yoluna qədəm qoyduğunu bildirməsi, qazax ədəbiyyatına tarixinə dərindən bələd olduğunun göstəricisi idi.

Ümummilli lider Bakıda Respublika Sarayında Füzulinin 500 illik yubileyi münasibətilə keçirilən təntənəli gecədəki çıxışında Məhəmməd Füzulini türk xalqlarının bütün Türk-İslam dünyasının filosof şairi mütəfəkkiri adlandırmışdı. Bununla da əslində türk dünyasının ortaq etnik, mədəni tarixi keçmişə sahib olduğunu belə milli dəyərlərin daha geniş təbliğinə ehtiyac duyulduğunu göstərmişdi. Həmin çıxışda ulu öndər yubiley tədbirlərinin türk dövlətləri ilə yanaşı, Rusiya, Gürcüstan, İraq İranda da keçirilməsindən böyük məmnunluq hissini xüsusilə vurğulamışdı. Bu məqamı qeyd etməklə o, əslində türk xalqlarının coğrafi cəhətdən qədər geniş bir ərazidə yayıldığına diqqət çəkmişdi. Məhəmməd Füzulini türk dünyasını birləşdirən ortaq dəyər kimi qiymətləndirən Heydər Əliyev bu yubiley tədbirlərinin həmin dövlətlərdə təşkil olunmasını türk xalqlarının yaxınlaşması baxımından olduqca böyük bir uğur hesab edirdi. Eyni zamanda ulu öndər bu çıxışı ilə İraq Kərkük türkmənlərinin, İranda yaşayan 30 milyondan artıq soydaşımızın, Rusiyada yaşayan müxtəlif türk əsilli xalqların vahid türk dünyasının bir parçası olduğu mesajını verirdi. O, dolayısı ilə türk dövlətlərini, digər ölkələrdə yaşayan türk xalqlarının problemlərini daima diqqətdə saxlamağa çağırırdı. Bununla da Heydər Əliyev dərin mənada Türk Ulusunun "Qızıl Alma"ya doğru məqəsədyönlü şəkildə irəliləməli olduğunu heç vaxt unutmadığına unutmayacağına işarə edirdi.

Bu baxımdan, onun, Özbəkistanda Türkdilli Ölkələrin Dövlət Başçılarının IV Forumundakı çıxışı xüsusilə əlamətdardır. Həmin nitqində ulu öndər İpək Yolu üzərində yerləşən türk dövlətlərinin Avrasiya məkanında qlobal tranzit əhəmiyyətini şərh etmiş bunun xalqlarımızın gələcəyi üçün vacibliyinə diqqət çəkmişdi. Bu görüş həm Özbəkistanda Əmir Teymurun 660 illik yubileyinin keçirilməsi ilə eyni vaxta təsadüf etmişdi. Odur ki, çıxışında bu məqama da xüsusi toxunan Heydər Əliyev ortaq türk tarixinin böyük şəxsiyyəti Əmir Teymurun türk dövlətçiliyi üçün qədər parlaq bir sima olduğunu vurğulamışdı.

1996- ildə Tatarıstan Prezidenti Mintemir Şeymiyevin Bakıya səfəri zamanı ulu öndərin səsləndirdiyi fikirlər olduqca əhəmiyyətlidir. Heydər Əliyev bu görüş zamanı Azərbaycan tatar xalqlarının tarixi bağlılığından, dilinin, adət-ənənələrinin eyni köklərə söykəndiyindən bəhs edərək tatar xalqına olan böyük hörmət məhəbbətini ifadə etmişdi.

Heydər Əliyev türk xalqlarının bir-birilə yaxınlaşmasında dil məsələsinə xüsusi önəm verirdi. O, qurultaylarda Zirvə görüşlərində ortaq ünsiyyət vasitəsi kimi başqa dildən istifadə olunmasını qəbuledilməz hesab edirdi. Bu səbəbdən Ulu öndər türk xalqları arasında bütün türk dillərinin özəlliklərini ümumiləşdirən ortaq dilin yaradılmasını həyati missiya kimi qəbul edirdi. Onun türk dünyası yazıçılarının  III qurultayında bununla bağlı səsləndirdiyi fikirlər çox böyük önəm daşıyır. Heydər Əliyev türk xalqlarının bir-birini asanlıqla anlaması üçün dilçilərlə birlikdə yazıçıların da səylə çalışmalı olduğunu qeyd edirdi. O, tövsiyə edirdi ki, xalqlarımızın nümayəndələri bir-birilə sərbəst şəkildə ünsiyyət qura bilsinlər. Türk dilləri eyni kökdən qaynaqlansa da, onlar arasında tarixi ayrılmalar səbəbilə yaranan fərqlər var bu fərqləri zəiflətmək yazıçıların öhdəsinə düşür. Bununla Heydər Əliyev əslində bütün türk xalqlarının asanlıqla anlayacağı ortaq dilin formalaşdırılması məsələsini qaldırmışdı. Bu, onun türk toplumunun vahidliyini möhkəmləndirmək türk xalqlarını daha da yaxınlaşdırmaq işinə böyük əhəmiyyət verdiyini göstərirdi.

Öz çıxışlarında Heydər Əliyev türk dünyasının mütəfəkkirləri, dövlət xadimləri, elm adamları, yazıçı şairləri arasında paralellər aparmağı sevirdi. Bu onun türk xalqlarının tarixini, ədəbiyyatını, elmi nailiyyətlərini dərəcədə dərindən bildiyinin sevgisinin təzahürü idi. Ümummilli lider, Nizami Gəncəvi ilə Əlişir Nəvai yaradıcılığından, Nəsirəddin Tusi ilə Mirzə Uluqbəyin elmi nailiyyətlərindən bəhs edərkən əcdadlarımızın bizə ortaq mədəniyyət qoyub getdiyinə işarə edirdi. Bununla da ortaq keçmişimiz üzərində ortaq gələcəyimizi qurmalı olduğumuzun konsepsiyasını vermiş olurdu.

Heydər Əliyevin ədəbi şəxsiyyətlərlə, yazıçılarla, şairlərlə, rejissorlarla, aktyorlarla, rəssamlarla, bəstəkarlarla özünəməxsus, xoş, yaxın münasibətləri var idi. Bu ünsiyyət, bu səmimilik sadəcə Azərbaycanla məhdudlaşmırdı. Bu, öncə o zamankı nəhəng ölkənin, sonralar isə müstəqillik əldə etmiş ölkələrin, əsasən türk dünyasının sənətkarları ilə idi. Belə insanlardan biri bu il 95 illiyini qeyd etdiyimiz qırğız xalqının qüruru, türk dünyasının böyük yazıçısı, ictimai-siyasi xadim Çingiz Aytmatov idi. Çingiz Aytmatovla Heydər Əliyevin isti münasibətləri var idi. Heydər Əliyev Çingiz Aytmatovu türk dünyasının fəxri adlandırırdı. Çingiz Aytmatov isə öz, növbəsində Heydər Əliyevə böyük qardaşım deyə müraciət edərək yazırdı ki, "arzum budur ki, Siz Azərbaycan xalqına XXI əsrdə xidmət edəsəniz tariximiz bunun şahidi olsun". Belə oldu. Heydər Əliyevin arzuları, parlaq əbədi ideyaları, onun başlatdığı işlər indi yaşayır. Həmin işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Oljas Suleymenovla da 1996- ildə Bakıda görüşü zamanı həmin illəri xatırlayan ulu öndər onunla öz xalqının şairi kimi fəxr etdiyini diqqətə çatdırmışdı.

Təsadüfi deyil ki, həmin çıxışlarda onun səsləndirdiyi ideyalar bu gün Türk Dövlətləri Təşkilatı, TÜRKPA, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondu kimi beynəlxalq təşkilatların fəaliyyətlərilə türk xalqları arasında həm mədəni-mənəvi, həm iqtisadi-siyasi əlaqələrin genişlənməsində inkişafında öz əməli əksini tapır.

Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə təşəbbüsü ilə yaradılmış Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun məqsədi Türk xalqlarının ortaq mədəni-mənəvi dəyərlərinə sahib çıxmaq, türk mədəni irsini qorumaq türk xalqları arasında həmrəylik qardaşlıq münasibətlərini möhkəmləndirməkdən ibarətdir. Bu istiqamətdə araşdırmaların aparılması, türk mədəni tarixi irsinin təbliği Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun əsas prioritetlərindəndir. Hazırda Fond təkcə türk xalqlarının kompakt yaşadığı türk dövlətlərində deyil, həm dünyanın müxtəlif guşələrində yaşayan türk etnoslarının mədəni irsi tarixi izlərinin araşdırılması ilə məşğuldur. Eyni zamanda türklərin bu günə qədər yaşadıqları ölkələrdə digər xalqlarla qarşılıqlı əlaqələrinin yaxından öyrənilməsinə xüsusi önəm verilir. Qeyd edilməlidir ki, Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondu gənc təşkilat olmasına baxmayaraq, yarandığı gündən etibarən çoxsaylı layihələr həyata keçirmiş, dünyanın müxtəlif ölkələrində konfranslar, dəyirmi masalar, tədbirlər təşkil etmiş, mötəbər beynəlxalq forumlarda təmsil olunmuş, kitablar nəşr etmişdir.

2023- ildə görkəmli siyasi dövlət xadimi, müasir müstəqil Azərbaycanın banisi Heydər Əliyevin 100 illik yubileyi qeyd olunmaqdadır. Bu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə "Heydər Əliyev İli" elan edilmişdir. Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondu dahi liderin bu möhtəşəm ildönümü münasibətilə yeni nəşr layihəsi üzərində hazırlıqlar aparır. Təşkilat tərəfindən ulu öndərə həsr edilmiş "Heydər Əliyev ümumtürk mədəni irsi" kitabı yaxın zamanda işıq üzü görəcəkdir. Kitabda Heydər Əliyevin türk dünyasının mədəniyyətinin inkişafına möhkəmləndirilməsinə, türk xalqlarının dahi şəxsiyyətlərinin zəngin irsinin qorunub saxlanılmasına, eləcə türk ölkələri arasında əlaqələrin genişləndirilməsinə verdiyi əvəzsiz töhfələr haqqında məlumatlar öz əksini tapmışdır.

Nəhayət, bizim ailəmizlə bağlı bəzi xatirələri oxucularla bölüşmək istəyirəm.

Məlumdur ki, ulu öndər milli mədəniyyətimizə, o cümlədən ədəbiyyatımıza son dərəcə bağlı idi. Mənim babam Xalq yazıçısı İlyas Əfəndiyev 1979-cu ilin yayında gözlənilmədən xəstələndi Heydər Əliyev o zamankı SSRİ Səhiyyə naziri, çox nüfuzlu akademik Boris Vasilyeviç Petrovski ilə əlaqə saxlayıb babam üçün Kreml xəstəxanasında yer ayırdı. Kreml xəstəxanasında ancaq yüksək vəzifəli partiya xadimləri, dövlət məmurları müalicə oluna bilərdi, İlyas Əfəndiyev isə heç Kommunist Partiyasının üzvü olmamışdı. Heydər Əliyevin sözünün sanbalı nüfuzu nəticəsində İlyas Əfəndiyev Kreml xəstəxanasında cərrahiyyə əməliyyatı keçirdi, müalicə edildi bundan sonra  düz 17 il yaradıcılıqla məşğul oldu, "Geriyə baxma, qoca", "Üçatılan" kimi romanlarını, bir çox pyeslərini yazdı. Onun "Xurşidbanu Natəvan" "Hökmdar qızıtamaşalarında ulu öndər şəxsən iştirak edərək dəyərli fikirləri ilə hər zamankı kimi hamını valeh etdi.

1994- ildə İlyas Əfəndiyev Heydər Əliyevin fərmanı ilə o zaman müstəqil Azərbaycanın ən yüksək ordeni olan "Şöhrət" ordeni ilə təltif edildi. Babam 1996- il oktyabrın 3- dünyasını dəyişdi ulu öndər dəfn mərasimində şəxsən iştirak etdi, ailəmizə dərin hüznlə başsağlığı verdi.

2003- ildə isə atam, Xalq yazıçısı Elçinin yubileyi münasibətilə ulu öndər ona çox səmimi dərin məzmunlu təbrik məktubu göndərdi onu "İstiqlal" ordeni ilə təltif etdi. Bütün bunlar əlbəttə, unudulmaz xatirələrdir yazdıqlarım onların sadəcə bir qismidir...

Ulu öndər ortaq etnik-mədəni köklərə, adət-ənənələrə, dil birliyinə sahib olmağı türk xalqlarının ən dəyərli sərvəti kimi qəbul edirdiBu sərvət xalqlarımızı həm iqtisadi-siyasi hərbi-strateji baxımdan bir-birinə yaxınlaşdıran dar gündə bir-birimizlə çiyin-çiyinə mətin addımlarla irəliləməyimizə təkan verən mühüm amildir. Biz 44 günlük Vətən müharibəsində bunun canlı şahidi olduq. 44 günlük Zəfər Yürüşü əslində türk xalqları üçün tarixi bir sınaq salnaməsi oldu. Ortaq tarixə mədəni keçmişə sahib olmağımız, qardaş Türkiyə Respublikasının ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" ideologiyasına bütün platformalarda sadiqlik nümayiş etdirməsi, eləcə digər türk dövlətlərinin həm elm mədəniyyət xadimləri, həm dövlət rəsmiləri səviyyəsində Azərbaycanla həmrəyliyi, əslində həyata keçirilən mədəni, tarixi birlik siyasətinin hərbi-siyasi sferada təzahürü, nəticəsi idi. 44 günlük Vətən müharibəsi dövründə türk xalqlarının nümayiş etdirdiyi həmrəylik Azərbaycanın qələbəsini mənəvi cəhətdən şərtləndirən əsas amillərdən biri oldu. Bu baxımdan, Azərbaycanın öz ərazi bütövlüyünü qəhrəmancasına bərpa etməsi, əslində bütövlükdə türk dünyasının qələbəsidir.

44 günlük Zəfər hər bir türk əsilli insanın böyük fəxarət hissilə anacağı əsrlər boyu nəsildən-nəslə ötürəcəyi qəhrəmanlıq dastanı kimi ortaq türk tarixinə qızıl hərflərlə yazılacaqdır. Odur ki, bu gün türk dünyasının böyük oğlu Heydər Əliyevin ruhu şaddır. Çünki müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qarabağ zəfəri türk xalqlarını mənəvi cəhətdən bir-birinə daha da yaxınlaşdırmış bir daha bizi özümüzə qaytaran ortaq dəyərlərə sahib olduğumuzu xatırlatmışdır.

Günay ƏFƏNDİYEVA,

Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun prezidenti.