Sosial təminat sisteminin təkmilləşdirilməsi perspektivləri
Digər xəbərlər

Sosial təminat sisteminin təkmilləşdirilməsi perspektivləri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda BMT-nin Uşaq Fondunun (UNICEF) ekspertləri Şarlin Ramkisun və Riçard Çirçir ilə görüş keçirilib. Görüşdə sosial təminat sisteminin təkmilləşdirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.  8 iyun DSMF-nin məlumatında bildirilir ki, Fondun İdarə Heyətinin sədr müavini Mətin Əsgər Azərbaycanda son illər ərzində sosial təminat sahəsində həyata keçirilən islahatlar, tətbiq olunan innovativ yanaşmalar, əhaliyə göstərilən proaktiv xidmətlər və sosial yardım mexanizmləri barədə məlumat verib.

UNICEF ekspertləri ölkəmizdə icra olunan ünvanlı dövlət sosial yardımı mexanizminin uğurlarından danışıblar. Onlar Azərbaycanda bu sahədə vətəndaşlara sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxış imkanının yaradılması təcrübəsinin digər ölkələr üçün nümunə olduğunu bildiriblər.

Görüş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının icrası məqsədilə hər hansı böhran vəziyyətində (iqtisadi böhran, pandemiya, sel, daşqınlar və s.) aztəminatlı ailələrin və həssas qrupların sosial müdafiəsinin yaxşılaşdırılması üçün mexanizmin hazırlanması çərçivəsində keçirilib.

“Respublika”.