“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 680-VIQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Fərman

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 680-VIQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 680-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin ikinci hissəsində və 14-1.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 1-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;

1.3. həmin Qanunun 14-1.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-1.2-ci maddəsinə uyğun olaraq, məcburi dövlət sosial sığorta haqqının “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-1.1-ci maddəsinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması şərtləri, subsidiyaların ödənilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;

2.2. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 680-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 349; 2006, № 7, maddə 587; 2007, № 12, maddə 1226; 2009, № 8, maddə 630; 2016, № 6, maddə 1021, № 9, maddə 1464; 2018, № 12 (I kitab), maddə 2578; 2019, № 7, maddə 1220; 2020, № 5, maddə 562, № 6, maddə 688, № 8, maddə 1028, № 12 (I kitab), maddə 1497) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. aşağıdakı məzmunda 2.1-5-ci bənd əlavə edilsin:

“2.1-5. həmin Qanunun 1-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;”;

3.2. 2.2-1-ci bəndə “14.7-ci” sözlərindən sonra “, 14-1.2-ci” sözləri əlavə edilsin;

3.3. 2.4-cü bəndə “Qanunun” sözündən sonra “1-ci maddəsinin ikinci hissəsində,” sözləri və “14.7-ci” sözlərindən sonra “, 14-1.2-ci” sözləri əlavə edilsin.

4. Bu Fərman 2023-cü il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək qüvvədədir.

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 28 dekabr 2022-ci il