Son üç ayda əməkhaqqı fondu 11,4 faiz artıb
Sosial həyat

Son üç ayda əməkhaqqı fondu 11,4 faiz artıb

Ölkəmizdə ardıcıl xarakter alan əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım dinamikası əməkhaqqı fondunda artımlara imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda əməkhaqqı fondu 11,4 faiz artıb.

Ümumilikdə son 3 ildə minimum əməkhaqqının 2,3 dəfə, orta aylıq əməkhaqqının 40 faiz, median əməkhaqqının 80 faiz artımı baş verib. Bu dövrdə illik əməkhaqqı fondu isə 2,1 dəfə artıb.

AZƏRTAC