Son sutkada yeni növ koronavirus infeksiyasına 510 yeni yoluxma qeydə alınıb
Səhiyyə

Son sutkada yeni növ koronavirus infeksiyasına 510 yeni yoluxma qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 510 yeni yoluxma faktı qeydə alınıb, 1039 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 616 min 352 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 598 min 793 nəfər müalicə olunaraq sağalıb, 8 min 346 nəfər vəfat edib, aktiv xəstə sayı 9 min 213 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 771, ötən müddət ərzində isə ümumilikdə 5 milyon 853 min 336 test aparılıb.

 

Bu gün Azərbaycanda COVID-19 əleyhinə 32 min dozadan çox peyvənd vurulub

Azərbaycanda son sutkada yeni növ koronavirus (COVID-19) əleyhinə 32 min 103 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 794, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 591, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 25 min 718 nəfərdir.

Ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 11 milyon 318 min 107, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 166 min 741, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 milyon 673 min 411, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 milyon 477 min 955 nəfər təşkil edir.

AZƏRTAC