Son sutkada koronavirus infeksiyasına 2256 yeni yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada koronavirus infeksiyasına 2256 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2256 yoluxma faktı qeydə alınıb, 2208 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 537 min 4 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 499 min 571 nəfər müalicə olunaraq sağalıb, 7 min 153 nəfər vəfat edib. Aktiv xəstə sayı 30 min 280 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 102, bu günə qədər isə ümumilikdə 5 milyon 227 min 688 test icra olunub.

AZƏRTAC