Son sutkada Azərbaycanda koronavirus infeksiyasına 1448 yeni yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda koronavirus infeksiyasına 1448 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1448 yoluxma faktı qeydə alınıb, 847 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 496 min 780 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 476 min 229 nəfər müalicə olunaraq sağalıb, 6 min 720 nəfər vəfat edib. Aktiv xəstə sayı 13 min 831 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 92, bu günə qədər isə ümumilikdə 4 milyon 989 min 627 test icra olunub.

AZƏRTAC