Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 9 yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 831 min 789 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 431 nəfər müalicə olunaraq sağalıb, 10 min 273 nəfər vəfat edib. Aktiv xəstə sayı 85 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1148, indiyə qədər isə ümumilikdə 7 milyon 616 min 76 test icra olunub.                                                   

 

Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 200 doza vaksin vurulub

Mayın 25- Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 200 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 25, ikinci doza vaksinlərin sayı 68, üç daha çox doza vaksinlərin sayı 105, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 2-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 964 min 544, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 345, ikinci mərhələ üzrə 4 milyon 883 min 541, üç daha çox doza vaksinlərin sayı 3 milyon 403 min 446, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 266 min 212-dir.