Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 80 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 80 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 80 yoluxma faktı qeydə alınıb, 66 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 min 135 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 min 528 nəfər müalicə olunaraq sağalıb, 10 min 37 nəfər vəfat edib. Aktiv xəstə sayı 570 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 24, bu günə qədər isə ümumilikdə 7 milyon 451 min 931 test icra olunub. 

 

Yanvarın 12-də Azərbaycanda COVID-19 əleyhinə 351 doza vaksin vurulub

Yanvarın 12-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 351 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 203, ikinci doza vaksinlərin sayı 30, üç və daha çox doza vaksinlərin sayı 90, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 28-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 936 min 461, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 399 min 389, ikinci mərhələ üzrə 4 milyon 876 min 74, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 396 min 129, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 264 min 869-dur.