Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 75 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 75 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 75 yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 830 min 993 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 820 min 317 nəfər müalicə olunaraq sağalıb, 10 min 217 nəfər vəfat edib. Aktiv xəstə sayı 459 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1561, indiyə qədər isə ümumilikdə 7 milyon 579 min 826 test icra olunub.           

 

Aprelin 19-da Azərbaycanda COVID-19 əleyhinə 180 doza vaksin vurulub

Aprelin 19-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 180 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 70, ikinci doza vaksinlərin sayı 62, üç daha çox doza vaksinlərin sayı 31, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 17-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 958 min 814, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 409 min 657, ikinci mərhələ üzrə 4 milyon 880 min 503, üç daha çox doza vaksinlərin sayı 3 milyon 402 min 566, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 266 min 88-dir.