Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 72 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 72 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 72 yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 815 min 595 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 802 min 395 nəfər müalicə olunaraq sağalıb, 9 min 825 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 375 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 1, bu günə qədər isə ümumilikdə 7 milyon 172 min 37 test icra olunub.

AZƏRTAC