Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 6 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 6 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 6 yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 min 67 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 40 nəfər müalicə olunaraq sağalıb, 9 mın 698 nəfər vəfat edib. Aktiv xəstə sayı 329 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 106, indiyə qədər isə ümumilikdə 6 milyon 716 min 463 test icra olunub.

AZƏRTAC