Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 547 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 547 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 547 yoluxma faktı qeydə alınıb, 631 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 620 min 49 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 604 min 537 nəfər müalicə olunaraq sağalıb, 8 min 431 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 min 81 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 139, bu günə qədər isə ümumilikdə 5 milyon 922 min 366 test icra olunub.

AZƏRTAC