Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 534 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 534 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 534 yoluxma faktı qeydə alınıb, 526 nəfər müalicə olunaraq sağalıb.

 Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

 İndiyədək ölkədə ümumilikdə 803 min 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 790 min 193 nəfər müalicə olunaraq sağalıb, 9 min 768 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 196 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 587, bu günə qədər isə ümumilikdə 7 milyon 80 min 772 test icra olunub.  

AZƏRTAC