Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 499 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 499 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 499 yoluxma faktı qeydə alınıb, 478 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 807 min 516 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 794 min 225 nəfər müalicə olunaraq sağalıb, 9 min 784 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 507 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 438, bu günə qədər isə ümumilikdə 7 milyon 113 min 616 test icra olunub.

 AZƏRTAC