Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 47 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 47 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 47 yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 822 min 852 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 min 544 nəfər müalicə olunaraq sağalıb, 9935 nəfər vəfat edib. Aktiv xəstə sayı 373 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1962, indiyə qədər isə ümumilikdə 7 milyon 301 min 286 test icra olunub.

AZƏRTAC