Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 468 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 468 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 468 yoluxma faktı qeydə alınıb, 396 nəfər müalicə olunaraq sağalıb.

 Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 807 min 984 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 794 min 621 nəfər müalicə olunaraq sağalıb, 9 min 784 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 579 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 120, bu günə qədər isə ümumilikdə 7 milyon 116 min 736 test icra olunub.

AZƏRTAC