Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 452 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 452 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 452 yoluxma faktı qeydə alınıb, 403 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 801 min 470 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 788 min 612 nəfər müalicə olunaraq sağalıb, 9 min 760 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 98 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 750, indiyə qədər isə ümumilikdə 7 milyon 66 min 158 test icra olunub.

 AZƏRTAC