Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 4449 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 4449 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 4449 yoluxma faktı qeydə alınıb, 9372 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 764 min 202 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 713 min 324 nəfər müalicə olunaraq sağalıb, 9 min 157 nəfər vəfat edib. Aktiv xəstə sayı 41 min 721 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 558, indiyə qədər isə ümumilikdə 6 milyon 447 min 62 test icra olunub.

AZƏRTAC