Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 39 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 39 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 39 yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 min 983 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 698 nəfər müalicə olunaraq sağalıb, 10 min 87 nəfər vəfat edib. Aktiv xəstə sayı 198 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 849, indiyə qədər isə ümumilikdə 7 milyon 489 min 399 test icra olunub.                                                   

Fevralın 1-də Azərbaycanda COVID-19 əleyhinə 281 doza vaksin vurulub

Fevralın 1-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 281 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 88, ikinci doza vaksinlərin sayı 81, üç və daha çox doza vaksinlərin sayı 93, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 19-dur.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 942 min 856, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 402 min 406, ikinci mərhələ üzrə 4 milyon 877 min 112, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 398 min 57, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 265 min 281-dir.