Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 270 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 270 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 270 yoluxma faktı qeydə alınıb, 564 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 790 min 153 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 777 min 960 nəfər müalicə olunaraq sağalıb, 9 mın 575 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 min 618 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 356, bu günə qədər isə ümumilikdə 6 milyon 617 min 758 test icra olunub.

AZƏRTAC