Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 2500 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 2500 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2500 yoluxma faktı qeydə alınıb, 2243 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 544 min 650 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 505 min 767 nəfər müalicə olunaraq sağalıb, 7 min 241 nəfər vəfat edib. Aktiv xəstə sayı 31 min 642 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 17, bu günə qədər isə ümumilikdə 5 milyon 271 min 849 test icra olunub.

AZƏRTAC