Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 25 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 25 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 25 yoluxma faktı qeydə alınıb, 61 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 min 166 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 204 nəfər müalicə olunaraq sağalıb, 9 mın 703 nəfər vəfat edib. Aktiv xəstə sayı 259 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 755, indiyə qədər isə ümumilikdə 6 milyon 731 min 315 test icra olunub.

AZƏRTAC