Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 24 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 24 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 24 yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 min 638 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 237 nəfər müalicə olunaraq sağalıb, 10 min 68 nəfər vəfat edib. Aktiv xəstə sayı 333 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 68, indiyə qədər isə ümumilikdə 7 milyon 469 min 502 test icra olunub.

 

Yanvarın 21-də Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Yanvarın 21-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 939 min 457, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 400 min 834, ikinci mərhələ üzrə 4 milyon 876 min 581, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 396 min 980, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 265 min 62-dir.