Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 225 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 225 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 225 yoluxma faktı qeydə alınıb, 583 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 790 min 378 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 778 min 543 nəfər müalicə olunaraq sağalıb, 9 mın 589 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 min 246 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 161, indiyə qədər isə ümumilikdə 6 milyon 622 min 919 test icra olunub.

AZƏRTAC