Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 1979 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 1979 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1979 yoluxma faktı qeydə alınıb, 7198 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 779 min 783 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 749 min 524 nəfər müalicə olunaraq sağalıb, 9307 nəfər vəfat edib. Aktiv xəstə sayı 20 min 952 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 506, bu günə qədər isə ümumilikdə 6 milyon 511 min 864 test icra olunub.

AZƏRTAC