Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 197 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 197 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 197 yoluxma faktı qeydə alınıb, 468 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 10 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 790 min 575 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 779 min 11 nəfər müalicə olunaraq sağalıb, 9 min 599 nəfər vəfat edib. Aktiv xəstə sayı 1 min 965 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 528, indiyə qədər isə ümumilikdə 6 milyon 628 min 447 test icra olunub.

AZƏRTAC