Son sutkada Azərbaycanda  COVID-19 infeksiyasına 17 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda  COVID-19 infeksiyasına 17 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 17 yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 793 min 106 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 240 nəfər müalicə olunaraq sağalıb, 9 min 717 nəfər vəfat edib. Aktiv xəstə sayı 149 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 928, bu günə qədər isə ümumilikdə 6 milyon 949 min 748 test icra olunub.

AZƏRTAC