Son sutkada Azərbaycanda COVİD-19 infeksiyasına 1594 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVİD-19 infeksiyasına 1594 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVİD-19) infeksiyasına son sutkada 1594 yoluxma faktı qeydə alınıb, 2543 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 475 min 53 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 439 min 80 nəfər müalicə olunaraq sağalıb, 6 min 353 nəfər vəfat edib. Aktiv xəstə sayı 29 min 620 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 583, bu günə qədər isə ümumilikdə 4 milyon 764 min 847 test icra olunub.

AZƏRTAC