Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 151 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 151 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 151 yoluxma faktı qeydə alınıb, 87 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 794 min 398 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 961 nəfər müalicə olunaraq sağalıb, 9 min 723 nəfər vəfat edib. Aktiv xəstə sayı 714 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 487, bu günə qədər isə ümumilikdə 6 milyon 999 min 322 test icra olunub.

AZƏRTAC