Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 14 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 14 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 14 yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 349 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 506 nəfər müalicə olunaraq sağalıb, 9 min 705 nəfər vəfat edib. Aktiv xəstə sayı 138 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 776, indiyə qədər isə ümumilikdə 6 milyon 766 min 600 test icra olunub.

AZƏRTAC