Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 12 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 12 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 12 yoluxma faktı qeydə alınıb,18 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 457 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 621 nəfər müalicə olunaraq sağalıb, 9 min 707 nəfər vəfat edib. Aktiv xəstə sayı 129 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 331, indiyə qədər isə ümumilikdə 6 milyon 788 min 729 test icra olunub.

AZƏRTAC