Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 1156 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 1156 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1156 yoluxma faktı qeydə alınıb, 1739 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 607 min 76 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 580 min 495 nəfər müalicə olunaraq sağalıb, 8 min 137 nəfər vəfat edib. Aktiv xəstə sayı 18 min 444 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 848, bu günə qədər isə ümumilikdə 5 milyon 706 min 189 test icra olunub.

AZƏRTAC