Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 1109 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 1109 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1109 yoluxma faktı qeydə alınıb, 1946 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 602 min 137 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 573 min 34 nəfər müalicə olunaraq sağalıb, 8 min 55 nəfər vəfat edib. Aktiv xəstə sayı 21 min 48 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 532, bu günə qədər isə ümumilikdə 5 milyon 655 min 385 test icra olunub.

AZƏRTAC