Son sutkada Azərbaycanda COVID-19 əleyhinə 419 doza vaksin vurulub
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 əleyhinə 419 doza vaksin vurulub

Dekabrın 24-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 419 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 140, ikinci doza vaksinlərin sayı 100, üç və daha çox doza vaksinlərin sayı 154, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 25-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 929 min 665, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 395 min 229, ikinci mərhələ üzrə 4 milyon 875 min 347, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 394 min 570, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 264 min 519-dur.

 

Azərbaycanda daha 72 nəfər koronavirusa yoluxub, 4 nəfər vəfat edib

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 72 yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 825 min 893 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 min 323 nəfər müalicə olunaraq sağalıb, 10 min 6 nəfər vəfat edib. Aktiv xəstə sayı 564 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1957, indiyə qədər isə ümumilikdə 7 milyon 418 min 494 test icra olunub.