Son sutka ərzində Azərbaycanda COVID-19 infeksiyasına 6 nəfər yoluxub
Səhiyyə

Son sutka ərzində Azərbaycanda COVID-19 infeksiyasına 6 nəfər yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 6 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 827 min 909 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 600 nəfər müalicə olunaraq sağalıb, hazırda 228 aktiv xəstə var. Bu günə qədər 10 min 81 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 634, indiyə qədər isə ümumilikdə 7 milyon 485 min 294 test icra olunub.                                            

 

Dünən Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Yanvarın 30-da Azərbaycanda koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, ötən gün heç kim vaksinasiya olunmayıb. Vurulan vaksinlərin ümumi sayı 13 milyon 932 min 131, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 402 min 168, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 milyon 876 min 910, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 milyon 397 min 820, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 min 233 nəfər təşkil edir.