Son 6 ayda e-sosial.az portalına 6,8 milyon müraciət qeydə alınıb
Sosial həyat

Son 6 ayda e-sosial.az portalına 6,8 milyon müraciət qeydə alınıb

Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalına 6 milyon 829 min 935 müraciət qeydə alınıb.

Bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən aldığımız məlumata görə, 2019-cu ildə istifadəyə verilən portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış imkanı yaradır.

Vətəndaş onun barəsində portalda toplanmış məlumatları mütəmadi izləyə bilir, yaranan sosial-əmək hüquqlarının təminatına ictimai nəzarəti həyata keçirir.

"Android" və "İOS" əməliyyat sistemlərində də fəaliyyət göstərən portalda qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı da artmaqda davam edərək 1 milyon 202 min 400-ə çatıb.

 

Respublika üzrə iyul ayının pensiya ödənişi tam yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyul ayının pensiya ödənişini yekunlaşdırıb.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, İyulun 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə, bu gün isə ölkəmizin digər bölgələrində yaşayan şəxslərin pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Qeyd edək ki, 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın lll rüb üzrə ödəniləcək hissəsi (50 manat) də iyul ayının pensiyasının üzərinə əlavə olunub.

"Respublika".