SOCAR ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında uğurlu əməkdaşlıq məmnunluq yaradır
İQTİSADİYYAT

SOCAR ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında uğurlu əməkdaşlıq məmnunluq yaradır

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf yanvarın 25-də Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa üzrə regional direktoru Rana Karadşeh ilə görüşüb.

Bu barədə SOCAR-dan verilən məlumatda bildirilir ki, görüşdə ötən illər ərzində IFC ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin uğurlu inkişafından məmnunluq ifadə edilib, müxtəlif sahələrdə, o cümlədən maliyyə xidmətləri, infrastruktur və istehsal sahələrində həyata keçirilən birgə layihələrin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı, həmçinin SOCAR ilə IFC arasında enerji keçidi, karbon emissiyasının azaldılması istiqamətlərində əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mustafa KAMAL,

“Respublika”.