Slovakiyalı səyyah: Ağdamda dağıdılmış binaları görmək məni məyus etdi
MÜSAHİBƏLƏR

Slovakiyalı səyyah: Ağdamda dağıdılmış binaları görmək məni məyus etdi

Ağdamda dağıdılmış binaları görmək məni məyus etdi. Ümid edirəm ki, bu şəhər ən qısa zamanda yenidən inşa olunacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri slovakiyalı səyyah Martina Sebova Ağdamda erməni vəhşilikləri ilə tanış olarkən deyib. O, Ağdam haqqında ətraflı məlumatlar öyrəndiyini qeyd edib. "Biz burada Ağdam Cümə məscidi haqqında da məlumatlar əldə etdik. İnanıram ki, gələcəkdə regionda sülh şəraiti hökm sürəcək", - deyə o bildirib.

AZƏRTAC