Siyasi yolla azad edilən Laçın yenidən qurulur
Siyasət

Siyasi yolla azad edilən Laçın yenidən qurulur

1992-ci ildə silah gücünə iqtidara gələn AXC-Müsavat cütlüyü hakimiyyətdə qaldığı bir il ərzində ölkəni uçuruma sürüklədi. O vaxt Azərbaycan demək olar ki, dağılırdı, ölkəmizdə anarxiya, xaos, hərc-mərclik hökm sürürdü. Azərbaycan iqtisadi böhranın məngənəsində boğulur, ölkə parçalanırdı. Həmin günlərdə məmur özbaşınalığı, korrupsiya, rüşvətxorluq gündəlik həyatımızın reallığına çevrilmişdi. Vəzifəyə təyinetmə zamanı savad, təhsil, dünya görüşü əsas götürülmürdü. Rəhbərlik bir qayda olaraq ancaq Azərbaycan Xalq Cəbhəsinin nümayəndələrini irəli çəkirdi. Kadr sahəsində yeganə meyar olan qabiliyyət səriştə məsələlərinə önəm verən yox idi. Orduda da vəziyyət gündən-günə ağırlaşırdı, fərarilik halları getdikcə artırdı, silahlı qüvvələr adlanan könüllü qruplaşmalar mərkəzi hakimiyyətə tabe olmurdu, özlərini sərbəst aparır, düşmənlə vuruşmaqdansa şəxsi maraqların maddi mənafenin girovuna çevrilirdi.

AXC-Müsavat hakimiyyətinin Azərbaycan xalqına vurduğu ən böyük zərbə isə Qarabağın itirilməsi, torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsi oldu. 1991-92-ci illərdə Azərbaycanda hakimiyyətdə olan qüvvələri yıxmaq, hakimiyyəti ələ keçirmək istəyən AXC təmsilçiləri regionlarda olan strukturların fəaliyyətini iflic hala salır, cəbhə bölgələrində döyüşən silahlı dəstələri öz nəzarətləri altına alır, lazımi anda isə həmin dəstələri məhz özlərinin maraqlarına uyğun davranmağa istiqamətləndirirdilər. Bir sıra rayonlarda hakimiyyəti əldə etmək üçün qəsdən qarşıdurmalara səbəb olurdular. Şuşanın, Laçının Kəlbəcərin işğal edilməsi birmənalı olaraq AXC-nin hakimiyyətə gəlməsi planının tərkib hissəsi idi. Bunun nəticəsi olaraq, 1993- ilin aprelində Kəlbəcər işğal altına düşdü. Bununla da, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan ərazisi arasında coğrafi bağlantı yaradıldı. AXC-Müsavat cütlüyü tərəfindən Qarabağın ermənilərə təhvil verilməsinin isə bir adı var - milli xəyanət.

Bu səbəbdən İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi. 30 ilə yaxın bir müddət ərzində təcavüzə məruz qalmış suveren torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, yüksək diplomatik bacarıqları, xalq-iqtidar birliyinin gücü müzəffər ordumuzun şücaəti ilə torpaqlarımız işğaldan azad edildi. Düşüncə tərzinə, davranış taktikasına digər şəxsi keyfiyyətlərinə görə fərqlənən müasir lider - cənab İlham Əliyev hərb meydanında qazandığımız müharibəni diplomatik sferada da bütün dünyaya sübut etdi. Digər tərəfdən, Azərbaycanın Güləbird digər bir neçə kəndinin döyüş meydanında geri qaytarılması, Laçın rayonunun digər hissəsinin isə siyasi yolla azad edilməsi ölkə başçımızın hərb diplomatik kefiyyətlərinin təcəssümü olaraq tarixə keçmişdir.

Müharibə başa çatanda rayon bizim nəzarətimizə keçsə , Laçın şəhəri nəzarətimizdən kənarda idi. Bunun isə obyektiv səbəbləri var idi. Çünki Ermənistandan Qarabağa gedən yol Laçın şəhərinin ortasından keçirdi. 2020-ci il noyabrın 9-da Rusiya Prezidenti ilə gün ərzində aparılmış çox saatlıq telefon danışıqları nəticəsində Azərbaycan hökuməti Laçın şəhərindən alternativ yolun çəkilişinin üçtərəfli Bəyanata daxil edilməsinə nail oldu.

Vətən müharibəsindən sonra ölkə başçısı tərəfindən dərhal göstəriş verildi ki, Laçın yolunun marşrutu müəyyən edilsin. Nəticədə, Laçın şəhərindən yan keçən yeni yol çəkildi keçən il avqustun 2- yol istismara verildi. Avqustun 26-da isə Azərbaycan ordusu Zabux, Sus kəndlərinə Laçın şəhərinə daxil oldu.

Ölkə başçısının rəhbərliyi ilə bu gün Laçın rayonunda genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Çünki işğal altında qaldığı 28 il müddətində Laçın rayonunun bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilib, ətraf mühitə böyük ziyan vurulub. İndi isə Laçında beynəlxalq hava limanı inşa edilir, Kəlbəcər-Laçın yolunun yenidən qurulması aparılır, Göygöl rayonundan Şərqi Zəngəzura yol çəkilir, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir. Hətta şəhərdə Heydər Əliyev Fondunun xətti ilə məscid tikiləcək. Quruculuq işlərinin birinci mərhələsində Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, tamamilə əsaslı təmir olunur 30-dan çox ictimai bina inşa edilir. Bütün bu işlər cari ilin sonuna qədər başa çatdırılacaq. Bu gün Laçın şəhərinin bütün infrastrukturu - su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar yenidən qurulur.

Hazırda Azərbaycan dövlətinin qarşısında duran əsas məqsəd Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlərin bundan sonra Laçında rahat yaşamalarının təmin edilməsidir. İki il ərzində Laçın rayonuna təqribən 10 minə yaxın keçmiş köçkün yerləşdirilməsi nəzərdə tutulub. Mayın 28- isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib. Dövlətimizin başçısı görüşdə deyib ki, 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina orada 144 mənzil hazırlanıb: "Artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu, hələ tam proqramımız deyil. Laçın şəhərinin Baş planı hazırlanıb bu gün təqdim ediləcək. Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı bizim çox dəqiq təsəvvürümüz var beləliklə, hesab edirəm ki, ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək. Bununla paralel olaraq indi tibb məntəqəsi hazırlanır. Məktəb yeni dərs ili üçün hazır olacaq, bütün digər lazımi şərait yaradılır. Dünən mənə göstərilən təqdimatda gördüm ki, onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox yeri yaradılacaq. Yəni, burada həm yaşamaq, həm işləmək üçün bütün şərait yaradılır gördüyünüz kimi, bu gün Laçın şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib".

Dövlət başçımızın da dediyi kimi, yaxın gələcəkdə Laçın nəinki Azərbaycanın, dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək.

Jalə QASIMZADƏ,

"Respublika".