Sinan Oğanın topladığı səs növbəti mərhələdə necə bölünəcək?
Türk dünyası

Sinan Oğanın topladığı səs növbəti mərhələdə necə bölünəcək?

Türkiyədə keçiriləcək prezident seçkisinin II turunda Sinan Oğan Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyini elan etdikdən sonra onun təmsil etdiyi "ATA İttifaqı" dağılıb. Alyansın aparıcı qüvvəsi olan "Zəfər Partiyası"dan bildirilib ki, artıq koalisiyadakı partiyalar özləri qərar qəbul edəcəklər. Bununla da gözlər partiyanın sədri Ümit Özdağa çevrilib.

Oğan dəstəkləyəcəyi şəxsi elan etdikdən qısa müddət sonra Özdağ Millət Alyansının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu ilə bir araya gəlib. Bu, onun  Kılıçdaroğlunu dəstəkləyəcəyi iddialarına zəmin yaradıb. Bu məqamda aydın olur ki, "Zəfər Partiyası"nın lideri Sinan Oğandan fərqli mövqe sərgiləyəcək. Bununla belə qeyd etmək lazımdır ki, partiyada fikir ayrılığı yaşayan yalnız Oğan-Özdağ cütlüyü deyil. Özdağdan əvvəl ATA koalisiyasında yer alan "Ədalət Partiyası"nın sədri Vecdet Öz 6- masanın namizədini dəstəkləyəcəyini açıqlamışdı. Alyansa daxil olan "Ülkem partiyası" isə Oğanla eyni fikirdə olduqlarını bildirmişdir. Belə xaotik vəziyyətdə mayın 14- keçirilən seçkilərdə "ATA İttifaqı"nın namizədinin qazandığı 5,17 faiz səsin necə bölünəcəyi maraq doğurur. Bununla bağlı bir neçə fərqli fikirlər var.

İlkin versiyaya görə, təxminən 5 faizlik səsin çox hissəsi Cümhur İttifaqının namizədi Rəcəb Tayib Ərdoğana gedəcək. Buna səbəb isə sözügedən kütlənin daha çox milliyyətçi, eləcə xarici siyasətlə bağlı bir çox məsələdə Kılıçdaroğlu ilə zidd fikirlərə sahib olması göstərilir. Doğrudur, Sinan Oğanın səsini qazandığı seçicilərin hamısını arxasınca aparacağı real görünməsə , bir qismin yekun nəticəyə təsir göstərəcəyi istisna edilmir. Çünki ilk turun nəticələrinə əsaslanaraq deyə bilərik ki, səslərin 1 faizinin belə Ərdoğana getməsi onun qələbəsini təmin edəcək

Digər versiya isə Oğana səs verən 2 milyon 831 min 239 seçicinin profili nəzərdən keçiriləndə ortaya çıxır. ATA alyansının namizədinə əsasən 40 yaşdan aşağı, şəhərlərdə yaşayan sosial mediadan daha çox istifadə edən millətçi Atatürkçü seqment səs verib. Onların Oğanı seçməsində digər iki namizədi bəyənməmələri əsas rol oynayıb. Belə olan halda isə Oğanın çağırışlarına baxmayaraq, sözügedən kütlənin əhəmiyyətli qisminin ümumiyyətlə, seçkiyə getməyəcəyi ehtimal edilir. Bu isə səsvermədə seçici fəallığının aşağı düşməsi deməkdir. Amma onu da qeyd etmək lazımdır ki, bu ssenaridə belə Ərdoğanın seçilmə şansı yüksəkdir. Əgər hazırkı prezident ilk turdakı səslərini qoruya bilsə "ATA İttifaqı"ndan rəqibə yetərli səs getməsə, o zaman yekun nəticənin ilkin rəqəmlərə yaxın olacağı düşünülür.

Türkiyədə seçkilərin ikinci tura keçəcəyini namizədlərin birinci turda səslərini düzgün proqnozlaşdıran "Sonar" araşdırma mərkəzinin sahibi Hakan Bayrakçı isə daha fərqli mövqe ortaya qoyub. O bildirib ki, 5,17 faiz səsin bölünməsi zamanı Oğan ya Özdağın kimi dəstəkləməsinin əhəmiyyəti olmayacaq. Onun sözlərinə görə, toplam səsin dörddəbiri, yəni 1,25 faizi Ərdoğana gedəcək. Təxminən üçdəbiri, faiz nisbətilə desək, 1,8 faizi Kılıçdaroğlunun səslərinin üstünə gələcək. Seçicilərin 1,5-2 faizi isə ümumiyyətlə, səsverməyə getməkdən imtina edəcək. Bu açıqlamaya, eləcə son sorğulara əsaslanan 3- versiya odur ki, Sinan Oğanın Ərdoğana dəstək çıxışı mayın 28- keçiriləcək seçkinin 2-ci mərhələsində vəziyyəti xüsusi olaraq dəyişməyəcək təxminən 5 faizlik səs hər iki namizəd arasında bərabər miqdarda bölünəcək.

Bu versiyanı şərh edən türkiyəli jurnalist Yavuz Selim Demirağ bildirir ki, Zəfər Partiyasının sədri Ümit Özdağ toplanan ümumi 5,17 faiz səsin 2,45-lik qisminə sahibdir. Bundan başqa, bu seqmentə əvvəllər Milliyətçi Hərəkat Partiyasının tərəfdarı olan, lakin hazırda Dövlət Baxçalını bəyənməyən 1 faizlik qrup da daxildir. Eyni zamanda nəzərə almaq lazımdır ki, seçicilərin 0,5 faizi Kılıçdaroğlunu həzm edə bilməyən  İYİ Partiya üzvüdür. Bir partiyasız millətçilər dediyimiz kəsim var ki, onlar digər iki namizədə etiraz olaraq Oğana səs verdilər. Yəni sözügedən 5 faizlik kütlənin hamısı heç Oğanın siyasətini bəyəndikləri üçün ona səs vermədilər. Bu da ona işarə edir ki, Oğan ən yaxşı halda 5.17 faizi seçicinin yarıdan azını istiqamətləndirə bilər.

Bu versiya reallaşarsa, səsvermənin taleyini Oğan ya Özdağ yox, məhz hazırda yarışan iki ittifaqın öz seçiciləri həll edəcək. İndi Ərdoğan ya Kılıçdaroğluya dəstək nümayiş etdirən siyasətçilərin hazırkı çıxışları isə daha çox öz siyasi gələcəklərinə hesablanıb. Yəni bir növ parçalanan "ATA İttifaqı"nın öndə gedənləri öz siyasi gedişlərini edib, mayın 28- ortaya çıxacaq nəticəni gözləyirlər. Sinan Oğan digər partiya sədrlərinin bu dəstəkdən əldə edəcəkləri isə səsvermədən sonra bilinəcək.

Jalə QASIMZADƏ,

"Respublika".