Şimal bölgəsinin pravoslavları Milad bayramını qeyd ediblər
Sosial həyat

Şimal bölgəsinin pravoslavları Milad bayramını qeyd ediblər

Xaçmazda yerləşən "Müqəddəs möcüzəvi Nikolay" pravoslav kilsəsində Milad bayramı qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizin şimal rayonlarında yaşayan xristian icmasının üzvləri kilsəyə gələrək dini ayinlər həyata keçirib, dualar oxuyublar. Bayramla əlaqədar əvvəlcədən xüsusi hazırlıq görülüb, şirniyyatlar bişirilib.

Mərasimdə Prezident İlham Əliyevin Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı bayram təbriki oxunub. Vurğulanıb ki, Azərbaycanda xüsusi coşqu ilə qeyd olunan Milad bayramı özündə yeniliyi, əmin-amanlığı, mərhəmət və şəfqət duyğularının təntənəsini təcəssüm etdirir.

Dini ayinlərin icrasından sonra bayram şirniyyatları paylanılıb.

Milad bayramı ilə əlaqədar yanvarın 6-dan 7-nə keçən gecə Azərbaycanın bütün pravoslav kilsələrində təntənəli ibadət mərasimləri keçirilib.

AZƏRTAC