Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun təlim kursu keçirilir
Digər xəbərlər

Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun təlim kursu keçirilir

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında əldə düzəldilmiş partladıcı qurğulara qarşı tədbirlər (C-IED) mövzusunda təlim kursu keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kursda NATO-nun Brunssum şəhərində (Niderland) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən dinləyicilərə əldə düzəldilmiş partlayıcı qurğulara qarşı tədbirlər zamanı birgə fəaliyyətlə bağlı müxtəlif sahələr üzrə brifinqlər təqdim olunub. Həmçinin mövzuya dair fikir mübadiləsi aparılıb, praktiki qrup çalışmaları yerinə yetirilib.

Təlim kursu fevralın 11-dək davam edəcək.

AZƏRTAC