SIĞORTAÇININ (TƏKRARSIĞORTAÇININ) və HÜQUQİ ŞƏXS SIĞORTA BROKERİNİN MÜHASİBAT BALANSI (rüblük və illik)
Reklam və elanlar

SIĞORTAÇININ (TƏKRARSIĞORTAÇININ) və HÜQUQİ ŞƏXS SIĞORTA BROKERİNİN MÜHASİBAT BALANSI (rüblük və illik)

"Azərbaycan Sənaye Sığorta" Açıq Səhmdar Cəmiyyətinin təsisçilərinə:

Müsbət Rəy

Mən "Azərbaycan Sənaye Sığorta" Açıq Səhmdar Cəmiyyətinin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətinə dair hesabatından, məcmu gəlirlərə dair hesabatından, kapitalda dəyişikliklər hesabatından göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti hesabatından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri daxil olmaqla, maliyyə hesabatlarına qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışam.

Hesab edirəm ki, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

Rəy üçün əsaslar

 Mən auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışam. Bu standartlar üzrə mənim məsuliyyətlərimə əlavə olaraq hesabatımın "Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Mən Azərbaycan Respublikasındakı maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyiləm mən digər etik öhdəliklərimi bu tələblərə uyğun yerinə yetirmişəm. Hesab edirəm ki, əldə etdiyim audit sübutları rəyimi əsaslandırmaq üçün yetərli münasibdir.

Maliyyə hesabatlarına görə rəhbərliyin Cəmiyyətin idarə edilməsinə məsul şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanmasına düzgün təqdim edilməsinə rəhbərliyin fikrincə, dələduzluq ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda rəhbərlik Cəmiyyəti ləğv etmək ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına mühasibat uçotunda fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetməyə məsul şəxslər Cəmiyyətin maliyyə hesabatlarının təqdimetmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Mənim məqsədim maliyyə hesabatlarında bir tam kimi, dələduzluq ya səhvlərin nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək rəyimin daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o BAS-lara uyğun aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə zəmanət vermir. Təhriflər dələduzluq ya səhvlər nəticəsində yarana bilər ayrılıqda, yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsiretmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Azərbaycan Respublikasının Auditorlar

Palatası tərəfindən verilmiş

İCAZƏ (Lisenziya) SA/281 25.08.2022-ci il

 

28 fevral 2023- il

Bakı, Azərbaycan Respublikası   F.X.Xoyski 98a

E-mail:iqtisadci.audit@gmail.com          Tel.: (050) 593-26-72

 

 

Azərbaycan Respublikasının Auditorlar

Palatasının Sərbəst Auditoru                        Abbas Çingiz Abbas oğlu.