Şərqi Zəngəzur cənnət diyara çevriləcək
Digər xəbərlər

Şərqi Zəngəzur cənnət diyara çevriləcək

İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi "Club 100" təşkilatının geniş heyəti işğaldan azad olunduqdan sonra yenidən bərpa edilmiş Zəngilan rayonunun Ağalı kəndinə səfər edib. Səyyahlara Zəngilan rayonu barədə məlumat verilib. Bildirilib ki, Zəngilan 27 il düşmən işğalında qalıb, şəhər mərkəzi ilə bərabər, 5 qəsəbə 79 kənd tamamilə yerlə-yeksan edilib. Rayon əhalisi öz doğma yurdundan didərgin düşüb, yaşayış yerləri, tarixi mədəni dini abidələr dağıdılıb. Qeyd edilib ki, 2020-ci il sentyabrın 27- düşmənin növbəti təxribatına qarşı Azərbaycan ordusunun başlatdığı "Dəmir yumruq" əməliyyatı nəticəsində Zəngilan erməni işğalından azad olunub.

Bu günə kimi Ağalı kəndində 86 ailə olmaqla 420 sakin doğma yurduna qovuşub. Kənddə 200 evin inşası başa çatdırılıb, uşaq bağçası, məktəb bir neçə inzibati bina inşa edilib. Həmçinin daha 150 evin, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin tikilməsi planlaşdırılır. Bundan başqa, Zəngilan şəhərində bir neçə kənddə yaşayış məhəllələrinin digər infrastrukturun təməli qoyulub. Qeyd edilib ki, Ağalı kəndində əhalinin sosial rifahının yaxşılaşdırılması üçün məşğulluq məsələləri, sakinlərin işlə təmin edilməsi dövlət qurumlarının xüsusi nəzarətindədir. Səyyahlar Zəngilan ərazisindən keçən Horadiz-Ağbənd dəmiryolu   Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun tikintisinin sürətlə davam etdirilməsi barədə məlumatlandırılıblar. Diqqətə çatdırılıb ki, Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün 2021-ci ilin aprel ayından tikintisinə başlanılan Zəngilan Beynəlxalq Hava Limanı Türkiyə Azərbaycan prezidentləri tərəfindən açılıb.

Millət vəkili Elman Nəsirov bildirib ki, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev ölkəmizin strateji hədəflərini müəyyən edərək onların həyata keçməsi üçün mümkün olan bütün imkanları səfərbər edir. Deputat bildirib ki, ən böyük hədəfimiz torpaqlarımızın işğaldan azad olunması idi bu missiya şərəflə yerinə yetirildi. Bütün dünya bu reallığı qəbul edir. İkinci böyük hədəfimiz  isə işğaldan azad etdiyimiz torpaqlarda bərpa-quruculuq işlərini uğurla başa vurmaqdır. Bu istiqamətdə çox ciddi işlər görülür. Artıq iki kəndə əhalinin köçürülməsi reallaşdırılmaqdadır daha on kəndin bünövrəsi qoyulub. Dünya ölkələri bunu görür qiymətləndirir. Onu qeyd edim ki, isveçli səyyahlar da Ağalı kəndində  bərpa-quruculuq işləri ilə yaxından tanış olublar. Onlar öz gözləri ilə erməni vəhşiliyinin şahidi olub, düşmənin torpaqlarımızda daşı-daş üstündə qoymadığını görüblər. Cənab Prezidentin dediyi kimi, sanki bu ərazilərimizdən vəhşi qəbilə keçib. Onlar hər yerə minalar basdırıblar. İsveçli səyyahlar öz gözləri ilə görürlər ki, tamamilə dağıdılmış bir məkanda bu gün sürətli bərpa işləri həyata keçirilir. Hesab edirəm ki, səyyahlarda tam təəssürat formalaşacaq öz ölkələrində bu həqiqətləri yayacaqlar. Azərbaycan Qarabağı cənnət bağına çevirməyi özünə hədəf seçib biz bu məqsədimizə çatacağıq.

Nuranə DAXİLQIZI,

"Respublika".