Sərhəddəki kəndlərə içməli su xətləri çəkilir
Region

Sərhəddəki kəndlərə içməli su xətləri çəkilir

Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Qazax rayonunun sərhədyanı bölgədə yerləşən 3 kəndinin içməli su təchizatı yaxşılaşdırılır.

Dövlət investisiyası hesabına həyata keçirilən layihə Qaymaqlı, Aslanbəyli Kəmərli kəndlərini əhatə edir. Bu kəndlərdə indiyədək su təchizatı sistemləri mövcud olmayıb. Kənd sakinləri suya olan tələbatlarını uzaq məsafədən özləri daşımaqla ödəyiblər.

Layihəyə uyğun olaraq bu kəndlərə içməli su 4 yeni subartezian quyusundan veriləcək. Nasos stansiyaları su anbarlarının inşası da nəzərdə tutulub. Hazırda quyulararası, magistral şəbəkə su xətlərinin, həmçinin anbarların tikintisi davam etdirilir. Layihə çərçivəsində 14 kilometr magistral, 76 kilometr şəbəkə su xətlərinin inşası nəzərdə tutulub. İndiyədək magistral su xəttinin 2, içməli su şəbəkəsinin isə 53 kilometrlik hissəsi inşa olunub. Qaymaqlı, Aslanbəyli Kəmərli kəndlərində əhalinin ümumi istifadəsi üçün 496 ədəd bulaq quraşdırılacaq.

Layihə üzrə tikinti-quraşdırma işlərinin 2023- ilin yay aylarında başa çatdırılması nəzərdə tutulur. Yeni yaradılan infrastruktur Qazax rayonunun 3 kəndində 10 min nəfərədək sakinin içməli su təchizatını yaxşılaşdıracaq. Qeyd edək ki, hazırda Qazax rayonu ilə yanaşı, Tovuz, Ağstafa Neftçala rayonlarının kənd qəsəbələrində içməli su layihələri həyata keçirilir.

"Respublika".