SƏRHƏD KƏNDLƏRİNİN SU PROBLEMİ HƏLL OLUNUR
Region

SƏRHƏD KƏNDLƏRİNİN SU PROBLEMİ HƏLL OLUNUR

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası nəticəsində respublikanın hər yerində olduğu kimi, Ağstafa rayonunda da əhalinin məmnunluğuna səbəb olan irimiqyaslı layihələr davam etdirilir. Son zamanlar rayon mərkəzində, eləcə kəndlərdə aparılan quruculuq abadlıq işləri geniş vüsət almışdır. Vətəndaşlarla rayon rəhbərliyinin keçirdiyi səyyar qəbul-görüşlərdə qaldırılan məsələlər operativ şəkildə öz həllini tapır.

İcra başçısı Seymur Orucov rayonun Tatlı, Böyük Qışlaq Yaradullu kənd sakinləri ilə görüşü zamanı sakinlər adıçəkilən yaşayış məntəqələrində içməli su təminatı baxımından acınacaqlı vəziyyətin hökm sürdüyünü diqqətə çatdırıblar. Qeyd olunub ki, ötən əsrin 90- illərinədək bu kəndlərin ərazisindəki Qələmçəli meşəliyində bir neçə təbii bulaq olmuşdur. İnsanlar həmin su mənbələrindən rahatlıqla istifadə etmişlər. Məlum olduğu kimi, bu yaşayış məntəqələri Ermənistanla dövlət sərhədinə yaxın məsafədə yerləşir. Hazırda həmin bulaqların əksəriyyəti neytral zonada ya Ermənistan ərazisində qalmışdır. Təbii ki, mənfur ermənilər kənd sakinlərinin mövcud olan bulaqlardan istifadə etməsinə imkan vermirlər.

Bu üç yaşayış məntəqəsində 3420 sakin yaşayır. Əhalinin məşğuliyyəti əsasən maldarlıq, əkinçilik arıçılıqdır. Qeyd olunmuşdur ki, burada mövcud 7,5 kilometr uzunluğunda olan su kanalının vəziyyəti qənaətbəxş deyil. Rayon mərkəzi ilə kəndləri 13 kilometr uzunluğunda asfalt yol birləşdirir.

Əhali tərəfindən qaldırılan su problemi ilə bağlı rayon rəhbərliyi rəsmi qurumlara müraciət etmişdir. Müraciətdən sonra Baş nazirin müavini Şahin Mustafayev bölgəyə gələrək baxış keçirmiş, vəziyyətlə yerindəcə tanış olmuş, vətəndaşlarla söhbət etmişdir. Çox keçmədən həyat mənbəyi olan su xətlərinin çəkilişinə start verilmişdir ki, bu da sakinlərin sonsuz sevincinə səbəb olur.

Tatlı kənd sakini Rakif Musayev bizimlə söhbət zamanı bildirdi ki, 30 ilə yaxın idi ki, biz içməli su üzünə həsrət idik. Dövlətimizi Allah var eləsin. Bölgədə normal yaşayış üçün hər cür şərait mövcuddur. Yeganə çətinliyimiz su məsələsi idi. Gördüyünüz kimi, dövlətin qayğısı nəticəsində bu məsələ köklü şəkildə aradan qaldırılır. Digər vətəndaşların da sevincinin həddi-hüdudu yoxdur.

Yaxınlarda sakinlərin bu əziyyətinə son qoyulacaqdır. Layihənin icrasını podratçı təşkilat "Agah Qrup" MMC "Encon Construction" QSC həyata keçirir. Su mənbələri əsasən Almalı bulaq 4 ədəd subartezian quyusudur. 2 ədəd (hər birinin su tutumu müvafiq olaraq 50 kubmetr, 300 kubmetr 150) su anbarının inşası davam etdirilir. Magistral xəttin uzunluğu 5823 metr, su şəbəkəsinin uzunluğu 37477 metr təşkil edir. Diametri 89 millimetr, 144 millimetr polad borular, 40 millimetr, 63 millimetr, 90 millimetr  polietilen borulardan istifadə olunur. Yaşayış məskənlərində 250 ədəd çeşmə quraşdırılacaqdır.

Yuxarıda qeyd etdiyimiz kimi, kəndi suvarma suyu ilə təmin etmək üçün mövcud olan su kanalı bərbad vəziyyətdə idi. Su itkisinin aradan qaldırılması üçün mövcud su kanalında Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi tərəfindən beton üzlüyə alınma işləri sürətlə davam etdirilir.

Göründüyü kimi, 3 yaşayış məntəqəsinin içməli suvarma suyuna olan tələbatı tamamilə ödəniləcəkdir. Yaxın zamanlarda işlər yekunlaşacaqdır.

Vəli VƏLİYEV,

"Respublika".