Sentyabrın 9-da Azərbaycanda COVID-19 əleyhinə 1356 doza vaksin vurulub
Səhiyyə

Sentyabrın 9-da Azərbaycanda COVID-19 əleyhinə 1356 doza vaksin vurulub

Sentyabrın 9-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1356 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 337, ikinci doza vaksinlərin sayı 173, üç və daha çox doza vaksinlərin sayı 704, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 142-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 870 min 922, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 376 min 335, ikinci mərhələ üzrə 4 milyon 864 min 567, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 369 min 847, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 260 min 173-dür.

AZƏRTAC